BaşlıcaSiyasət

Naira Zohrabyan erməni zabiti Gurgen Alaverdyanın məsələsiylə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Zabiti qandallamaq, üzünü şapka ilə örtmək, zabitin ləyaqətini təhqir edən sözlər söyləmək, Gurgen Alaverdyanın etnik mənsubiyyətini vurğulayan təhqir edən ifadələr söyləmək və bunu sosial şəbəkələrdə və Azərbaycan televiziyalarında yaymaq Cenevrə Konvensiyasının əsas prinsiplərinin kobudcasına pozulmasıdır. ER Parlamentinin “Çiçəklənən Ermənistan” partiyasının üzvü və Parlamentin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Daimi Komitəsinin sədri Naira Zohrabyan öz Facebook səhifəsində yazıb.

O xatırladıb ki, konvensiya hərbi əsirlərin şərəf və ləyaqətinə hörmət hüququnu təmin edir, hansı da hər hansı alçadıcı və ya hörmətsiz rəftarı istisna edir.

“Avropa Şurasının üzvü olan, beynəlxalq hüququn bir çox konvensiyalarına, o cümlədən əsirlərinə münasibət haqqında Konvensiyaya qoşulan Azərbaycan öz öhdəliklərini ardıcıl olaraq pozmağa və məhəl qoymamağa davam edir”-deyə Naira Zohrabyan yazıb.

O qeyd edib ki, hər kəs dəfələrlə bu ölkənin öz yurisdiksiyasında olan erməni hərbçilərinə və mülki şəxslərə necə münasibət bəslədiyini, hansı qeyri-insani işgəncə və qətllər törətdiyini görmüşdür, məsələn Manvel Saribekyan kimi və onunla bağlı  beynəlxalq insan hüquqları birliyinin lazımi hüquqi qiymətləndirməsi belə də olmadı.

ER Parlamentinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Daimi Komitəsinin sədri beynəlxalq qurumların Azərbaycanın beynəlxalq hüququn kobud pozuntularına bütün hüquqi vasitə dəstəyi ilə cavab verəcəyini gözləyir.

Daha çox göstər
Back to top button