BaşlıcaSiyasət

RF Su-30 SM qırıcılarının yeni bir dəstəsinin Ermənistana veriləcəyini açıqladı

ER Silahlı qüvvələrinin rəhbərliyi dəfələrlə bəyan edib ki, yaxın illərdə 12 Su-30SM qırıcısı alınması planlaşdırılır.

“SputnikArmeniya”ın verdiyi məlumata görə, Rusiya Ermənistanla birlikdə müasir Su-30SM qırıcılarının yeni dəsti təchizatı məsələsini müzakirə etməyə hazırdır.

Bu barədə “İnterfaks”a Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova məlumat verib. O, qeyd edib ki, bu məsələ ilə bağlı Ermənistan tərəfi ilə müzakirələr davam edir.

“Təyyarələrin alınması məsələsi Ermənistan tərəfinin maraqlandığı təqdirdə müzakirə ediləcək”- deyən Vorobyova Yerevanın 4+ nəsil qırıcı təyyarələrin alınmasını müzakirə edib-etməyəcəyinə dair sualı cavablandırarkən qeyd edib.

ER Müdafiə nazirliyi hələ məlumatı şərh etməyib.

Xatırladaq ki, Su-30SM ilk partiyası 2019-cu ilin dekabrında Ermənistana gətirilib.ER  Silahlı qüvvələrinin rəhbərliyi dəfələrlə bildirmişdi ki, yaxın illərdə cəmi 12 Su-30SM qırıcısı alınması planlaşdırılır.

Su-30SM havada üstünlüyü təmin etmək üçün yaradılan dünyanın ən mükəmməl təyyarələrindən biri hesab olunur. Bu təyyarə 8000 kq-a qədər döyüş sursatı daşıya bilər.

Su-30SM eskadronu Ermənistan Hərbi Hava qüvvələrinin vuruş imkanlarını xeyli artıracaq.

Daha çox göstər
Back to top button