BaşlıcaSiyasət

SU-25 təkmilləşdirilmiş qırıcılar üçün müqavilədən nə gözləmək olar?

“Razminfo” saytının analitiki Robert Nazaryan, “Sputnik Armenia”nın efirində  Ermənistan və Rusiya arasında aviasiya sahəsində imzalanan müqavilənin əhəmiyyətinə toxunub.

“Ordu-2020”  Beynəlxalq Hərbi-Texniki Konfransı çərçivəsində Ermənistan Respublikasının Müdafiə nazirliyi ilə Rusiyanın Birləşmiş Aviasiya İnşaatı şirkəti arasında Su-25-nin modernləşdirilməsi və təmiri məsələləriylə bağlı müqavilə imzalanmışdır.

“Razminfo” veb saytının analitiki Robert Nazaryanın sözlərinə görə, Ermənistan Silahlı qüvvələri artıq SM-3 səviyyəsinə qaldırılacaq SU-25 qırıcı təyyarələrini idarə edir.

“Oxşar modernləşdirmə nəticəsində qırıcılar daha müdafiəli olur və  yeni naviqasion sistemə malik olur və bu da  öz növbəsində gecə şəraitində və çətin hava şəraitində işləməyə imkan verir.

Modernləşmə nəticəsində təyyarənin 55 mm qalınlığında zirehli şüşə, 24 mm qalınlığında yan və ön, içəridən və arxadan 10 mm qalınlığında polad zirehlə örtülü olacaq” –deyərək analitik qeyd edir.

Nazaryanın sözlərinə görə, qırıcı yeni raket sisteminə sahib olacaq, raketlərin çeşidini artıracaq, yəni çox güman ki, idarə olunan və daha dəqiq raketlər daşıyacaq ki, bu da təyyarənin döyüş effektivliyini və səmərəliliyini xeyli artıracaqdır.

“SU-25 qırıcılarının modernləşdirilməsinin döyüş təcrübəsi var. Bütün bunlarda beynəlxalq təcrübə var, çünki Suriyada müharibə zamanı Rusiyanın istifadə etdiyi SU-25 SM-3 qırıcılarını görmüşük. Bu təsadü deyil  “Suriyada uçuşu  faktı təyyarənin modernləşdirilməsi prosesinin əsası olaraq xatırlanır”-deyərək analitik

Daha çox göstər
Back to top button