BaşlıcaSiyasət

Yerevanda könüllü silahlı qüvvələr yaradılacaq: Müdafiə Nazirliyi qanun layihələrini ictimai müzakirəyə təqdim edib

Ermənistan Respublikasının Müdafiə Nazirliyi, Yerevan şəhərində könüllü silahlı qüvvələrin yaradılması, idarə edilməsi ilə bağlı qanun layihələrini ictimai müzakirəyə təqdim etdi. Bu barədə ER Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan öz Facebook səhifəsində yazıb.

“Qanun layihəsinin təqdimatı, Ermənistan Respublikasının müdafiəsində ümummilli müdafiə sisteminin tətbiqi, potensial rəqibin mümkün hər hansı bir zorakılığının qarşısını almaq üçün vətəndaşların könüllülük prinsipi ilə könüllü silahlı qüvvələri sisteminin işə salınması və təşkili ehtiyacından irəli gəlir”- deyə Stepanyan bildirib.

Layihənin əsaslandırmasında deyilir ki, hər bir vətəndaşın Ermənistan Respublikasının müdafiəsində iştirakı tam olmayan dərəcədə istifadə olunur, xüsusən də Ermənistan Respublikasına silahlı hücum, təhlükənin mövcudluğu və ya hərbi əməliyyatlar şəraitlərində onun sistemli, mütəşəkkil və məqsədyönlü mahiyyəti yoxdur.

Könüllü silahlı qüvvələri anlayişi, məqsədləri, quruluşu, formalaşma qaydası, sülh və müharibə zamanı onun hazırlığı və tədbiqi, tabeçiliyi və idarəetməsi, könüllü silahlı qüvvələrin yığması ilə əlaqədar əlaqələrin müəyyənləşdirərək Ermənistan respublikasının “Müdafiə barədə” qanununda  dəyişikliklər etməyi nəzərdə turulur.

Daha çox göstər
Back to top button