
ER MN spikeri Şuşan Stepanyan bildirir ki, Azərbaycanın Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayaraq qeyd edib ki, azmış erməni zabitinə beş maddə ilə ittiham verilib.
“Bütün ittihamlar cəfəngiyatdır və bu proses keyfiyyətsiz ənənəvi performansdır”- deyə Stepanyan öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, ER Müdafiə Nazirliyi beynəlxalq qurumlarla daim təmasdadır, vəziyyət üzərində intensiv işləməyə davam edir.