BaşlıcaSiyasət

Dövlətlər öhdəliklərinə görə cavabdehdirlər

“SputnikArmeniya”nın verdiyi məlumata görə,Ermənistan Beynəlxalq Dini Azadlıq Alyansının yeni tipli koronavirusla əlaqəli bəyanatına qoşulub.  Bu haqda məlumatı Xarici işlər nazirliyinin mətbuat xidməti yayıb.

Açıqlamada, xüsusən də COVID-19-ın yaratdığı böhranın qlobal xarakter daşıdığı qeyd olunur.

Bununla birlikdə, koronavirusa qarşı yönəlmiş hər hansı bir tədbir cəmiyyətin hər hansı bir üzvünün, o cümlədən hüquq müdafiəçiləri, jurnalistlər və media mənsublarının susdurulmasına, hədəf alınmasına və ya təqib olunmasına bir bəhanə olmamalıdır.

“Hətta epidemiya zamanı dövlətlər, milli böhranlarda önəmli olan və epidemiyanı idarə etmək üçün fəal səyləri təşviq edən insan hüquqlarına, o cümlədən din və etiqad azadlığına hörmətlə təmin edilməsinə dair öhdəliklərinə görə məsuliyyət daşıyırlar”-deyərək  bəyanatda qeyd olunub.

Xatırladaq ki, bu il iyunun 12-də Ermənistan da Beynəlxalq Dini Etiqad Alyansına üzv oldu. Alyansda hazırda 29 ölkə var. Bir neçə ay əvvəl yaradılan alyansın üzvləri ABŞ, Avstriya, Gürcüstan, İsrail, Latviya, Litva, Estoniya, Polşa, Hollandiya, Çexiya və s.

Daha çox göstər
Back to top button