BaşlıcaSiyasət

Ermənistan kiber müdafiəni gücləndirəcək və öz xüsusi cloud- xidmətlərini yaradacaq

Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşakyan, ölkədə kiber təhlükəsizlik səviyyəsinin artırılması üçün hansı addımların atılacağını söylədi.

“SputnikArmeniya”nın verdiyi məlumata görə,Ermənistan kiber müdafiəni gücləndirəcək və öz cloud-  infrastrukturunu yaradacaq. Məlumatı bu gün ER Yüksək Texnoloji Sənaye naziri Hakob Arşakyan mətbuat konfransı zamanı bəyan edib.

Təkcə Tavuşdakı iyul hadisələrindən sonra deyil, bundan əvvəl nazirlikdə milli kiber təhlükəsizlik mərkəzinin yaradılması məsələsi müzakirə edildi. Orada erməni internet resurslarının və İnternet məkanının təhlükəsizliyini artırmaq üçün proqramlar hazırlanacaqdır.

“Biz istəyirik ki, cloud-xidmətini yaradaq özü də ehtiyac olarsa dövlət, yaxud dövlətin iştirakıyla  etmək istəyirik. Bu müdafiə səviyyəsinin yüksəldilməsinə kömək edəcəkdir”-deyərək  nazir əlavə edib.

Qeyd etmək lazımdır ki, bu ilin iyul ayındasərhəddə vəziyyətin kəskinləşməsiylə paralel olaraq  azərbaycanlı hakerlərin kiberhücumları da sktivləşmişdir.Erməni tərəfi cavab olaraq bir neçə Azərbaycan saytlarını da sındırmışdır.

Daha çox göstər
Back to top button