
ER SQ BQ Operativ Baş İdarəsinin rəisi, general-leytenant Karen Abrahamyan ER Silahlı Qüvvələrinin 1-ci hərbi hissəsində keçirilən komanda-qərargah hərbi təlimlərini izlədi. Bu barədə “Armenpress”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi hissənin komandiri, general-mayor Poğosyan üstün komandanlığın qəbul etdiyi döyüş tapşırıqları ilə bağlı qərarlarını təqdim etdi. Hərbi hissələrin komandirləri təkliflərlə çıxış edib, müvafiq tapşırıqlar verildi. General-leytenant Karen Abrahamyan hərbi təlimlərin gedişatını, komandanlıq heyətinin hazırlığını yüksək qiymətləndirib.
Avqustun 25-də ER SQ BQ Operativ Baş İdarəsinin rəisi, polkovnik Yeryomin nəzarətində olan 3-cü hərbi hissədə şəxsi heyət təlimləri keçirildi.