
Ermənistan Respublikasının müdafiə naziri Davit Tonoyan Rusiyada “Ordu-2020” beynəlxalq hərbi-texniki konfransda iştirak etdi. Konfransda müdafiə naziri çox vacib bir bəyanatla çıxış etdi. O elan etdi ki, Rusiya ilə hərbi-texniki əməkdaşlığı görünməmiş səviyyədədir.
“1.am”-a müsahibəsində bu bəyanata toxunan ekspert Leonid Nersisyan qeyd etdi ki, söhbət hərbi texnikanın tədarükünün həcmi və növlərindən gedir.
“Yəni, o mənadə ki, əvvəlcə belə həcmlər olmayıb. Əvvəllər Ermənistan aviasiya texinka almırdı, amma indi sadəcə texink almır, həm də modernləşdirir”, -deyə ekspert qeyd etdi.
Davit Tonoyanın “demək olar ki, Ermənistanın və Rusiyanın rəqibləri eynidir” bəyanatı haqqında danışan hərbi ekspert hesab edir ki, Davit Tonoyan Türkiyəni nəzərdə tuturdu.