
Hüquq müdafiəçisi Siranuş Sahakyan Azərbaycanda ER Silahlı qüvvələrinin əsir götürülən zabiti Gürgen Alaverdyanın iştirakı ilə məcburedici video mesajı hadisəsi ilə bağlı bütün humanitar hüquq müdafiəsi məsələsiylə məşğul olan qurumları xəbərdar etməyə səsləyir.
“Video müraciətdən aydın olur ki, bizim zabitimiz həmin mətni oxuyur, məhdudlaşır, ona diktə edilmiş mətni təqdim etməkdə problem var. Əslində məcburiyyət, zorakılıq, təhdid altında şəxsi müəyyən hərəkətlər etməyə məcbur edilib.
“Əlbəttə ki, Azərbaycan versiyası odur ki, diversiya baş verib və bu da həqiqətlə qətiyyən uyğun deyil”-deyərək “Armenpress” ilə söhbətində bu haqda Sahakyan qeyd edib.
Azərbaycan KİV-lərində yayılmış erməni zabitinin iştirakıyla yayımlanan video mesajdan şəxsin ətrafında süni şəkildə maraq yaradlır ki, o da yolverilməzdir.
“Bütün bunlar terror və qorxutma təhlükəsi altında baş verir. Bu da o deməkdir ki, hərbi əsirin həyatı və sağlamlığı təhlükə altındadır.
Bu qanunları pozuntusu Cenevrə Konvensiyalarına ziddir və ardıcıllıq amilində Azərbaycaın komandanlıq tərkibinin cinayət məsuliyyəti problemlərini irəli gətirmək mümkndür”-deyərək hüquq müdafiəçisi qeyd edib.
Sahakyanın sözlərinə görə, humanitar hüququn müdafiəsiylə məşğul olan qurumlar hadisədən xəbərdar olmalıdırlar.
“ATƏT də daxil olmaqla, sülh layihələrini həyata keçirən şirkətlər var. Buna görə sonuncuları ön plana çıxarmaq lazımdır. Humanitar hüquqları pozuntuları insan hüquqları ilə əlaqədardır”. Məncə,insan hüquqları təşkilatları bu kimi hallara ən azı siyasi yolla cavab verməlidir”-deyərək Siranuş Sahakyan qeyd edib.
Erməni zabit Gürgen Alaverdyan avqustun 24-də Azərbaycan ərazisində peyda olunub.ER Müdafiə nazirliyi bildirir ki, ilkin məlumatlara görə o azmışdır.Avqustun 26-da ER Müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə telefon danışığı keçirib.
Söhbət əsnasında Tonoyan, səfir Kasprşikin diqqətini, avqustun 26-da Azərbaycan mediasında yayılan Ermənistan ordusunun zabiti Gürgen Alaverdyanın iştirakı ilə hazırlanan video mesajına, həmçinin əvvəlki videoya çəkdi, yuxarıda göstərilən videoların beynəlxalq səviyyədə qorunan hüquqlarını kobud şəkildə pozduğunu vurğuladı