BaşlıcaSiyasət

Keçmiş türk admiralı:”Türkiyə artıq İkinci Sevrlə qarşılaşır”

Türk  ehtiyatda olan admiral Cem Gürdeniz, Şərqi Aralıq dənizindəki Türkiyə ilə Yunanıstan arasındakı gərginliyin dərinləşməsinə səbəb olan hadisələri şərh etdi.

Gürdeniz Qərbə işarə edərək israr edib ki, Türkiyəyə qarşı Sevr xəritəsiylə çıxıblar ki, o da özündə Türkiyəni geri itələməyi və Anadolu sərhədlərindən kənara çıxarmağı əks edir.

“Bu xəritə bizi Egey dənizini tam Yunan dənizi kimi qəbul etməyə məcbur edir. Şərqi Aralıq dənizində bizi İskəndərun və Antalya körfəzlərində Qərbdə ərazi sularımızda həbs edirlər”-deyərək Gürdeniz, əlavə edir ki, Ankara 200-ci illərin əvvəllərindən qarşı çıxaraq  həmin xəritəyə qarşı mübarizə aparır.

Türk Admiralına görə, Şərqi Aralıq dənizindəki mövqeyini dəyişdirməli olan Türkiyə deyil, Yunanıstan olmalıdır, çünki “Türkiyə özünə aid olanı müdafiə edir, başqa sözlə, öz sərhədləri çəkilən dəniz vətənini müdafiə edir hansının ki, sərhədləri ” Milli Müqavilə” ilə cızılıb.

“ABŞ Türkiyəni bölgədəki Amerika siyasətini davam etdirməyə məcbur etmək üçün istədiyi yola salmaq istəyir ki,  onu məcbur edə bilsin ki, regionda Amerika siyasətçiliyini  hyata keçirsin.

“Soyuq müharibə”dən sonra Türkiyə öz siyasətinə qayıtdı, bundan vaz keçmədi. Və önəmlikləri təbii ki, Şərqi Aralıq dənizində, Kiprdə, Egey dənizindəki maraqlarıdır.

Dünya nəhəngləri Türkiyənin dəniz və enerji baxımından güclü bir ölkə olmasını istəmirlər. Bu baxımdan, Türkiyəyə qarşı qəbul edilən qətnamələr, silah embarqosu və qalan sanksiyalar Türkiyəyə qarşı “xətt” tətbiq etmək məqsədi daşıyır. “Türkiyə buna müqavimət göstərir, müqavimət göstərməyə məcburdur.Ona görə ki, müqavimət  pozularsa  İkinci Sevrlə qarşılaşacağıq”- deyərək Gürdeniz  qeyd edib.

Sonuncu, ABŞ və Fransa kimi NATO üzvlərinin Türkiyəyə qarşı hərbi qarşıdurma vəziyyətində Yunanıstana kömək edəcəyi senarini mümkün saymadı.

Gürdenizin fikrincə, bu, bloku süqut həddinə çatdıracaq və ya qismən dağılacaq, ABŞ geosiyasi nəzəriyyələrinə görə bu kabusa bərabər olan olaydır.

“Türkiyə, müdafiə sənayesi sayəsində Şərqi Aralıq dənizində gücləndi. Türkiyənin dənizdə o qədər güclü olacağını, müdafiə sənayesi sahəsində bunun qarşı çıxmasına imkan verən gücə çatacağını gözləmirdilər.

Buna görə də hazırda Qərbdə qarışıqlıq var.Türkiyə Liviyada, Qazimagosa (Kipr qrupu) hərbi bazasını qurur.

 Bunlar Qərbin Türkiyə üçün tərtib etdiyi dizayndan çox uzaqdır. Təbii ki, bunlara  alışmaq üçün vaxt tələb olunacaq. Bunlara öyrəşmək üçün hər bir ölkə danışıq masasında oturmadan güclü olmaq istəyir.

Türkiyə məhz bunu edir”-deyərək türk admiralı sözlərini belə tamamladı.

Daha çox göstər
Back to top button