Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirus: 135 yeni yoluxma hadisəsi, 2 nəfər ölüb
Azərbaycanda koronavirus infeksiyasına daha 135 yoluxma faktı aşkarlanıb, Nazirlər Kabineti yanında Operativ Qərargah bazar günü bildirib.
Son rəqəmlərə əsasən, 127 nəfər sağalıb, 2 nəfər vəfat edib.
İndiyədək koronavirusa yoluxanların ümumi sayı 36309 nəfərdir, COVİD-19-dan ölənlərin ümumi sayı isə 531-a çatıb. 33 703 nəfər koronavirusdan sağalıb. Hazırda 2075 aktiv xəstə var.