Başlıcaİctimaiyyət
Azərbaycanlılar Almaniyadan kütləvi deportasiya olunur
Azərbaycanlılar Almaniyadan kütləvi deportasiya ediləcək.
“BakuPost” xəbər verir ki, sentyabrın 3-ü Düsseldorf Hava Limanından çarter reysi baş tutacaq.
Almaniyada qaçqın statusu üçün müraciət etmiş və müraciətlərinə rədd cavabı veriləndən sonra orada qanunsuz yaşayan 50-yə yaxın azərbaycanlı readmissiya sazişinə uyğun olaraq ölkəyə qaytarılacaq.
Mənbə qeyd edir ki, deport olunanlar arasında hökumət əleyhinə radikal çıxış edən şəxslər də var.