BaşlıcaSiyasət

Moskva Azərbaycana Türkiyədə seçiminin pis nəticələnə biləcəyi barədə xəbərdarlıq edir

Rusiya yaxın gələcəkdə regional tarazlığı Ermənistanın lehinə dəyişdirmək təəssüratını yaradır. Azərbaycanı qorxutmağa çalışır və türk seçiminin pis nəticələnə biləcəyi barədə xəbərdar edir. Bu barədə Lragir.am-a açıqlamasında Milli Təbii Sərvətlər İnstitutunun əməkdaşı və türkoloq Hayk Gabrielyan məlumat verib.

Məsələyə toxunan Qabrielyan xatırlatdı ki, bir neçə gün əvvəl rəsmi Bakının Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycan prezidenti İlham Əliyev israr etmişdir ki, Rusiyanın  iyulun 17-dən bəri Ermənistana 400 tonaya yaxın hərbi yük tədarük edib və bu da Azərbaycan xalqını narahat edir ( qeyd edək ki,silah tədarükü xəbərinini rus mətbusu yaymışdır).

Sonra ER Müdafiə nazirliyinin mətbuat xidməti, ER Müdafiə nazirliyi ilə Rusiyanın Birləşmiş Təyyarə İnşaat Şirkəti arasında Su-25-in modernləşdirilməsi və təmiri üçün müqavilə imzalandığını bildirdi.

Nəhayət, Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal xidmətinin rəsmi nümayəndəsi Maria Vorobyova, Rusiyanın yeni Su-30SM qırıcılarının tədarükü məsələsini Ermənistanla müzakirə etməyə hazır olduğunu bildirdi.

“Bu baxımdan, İlham Əliyev çox çətin vəziyyətdə peyda olunub., özünü iki daş (Rusiya və Türkiyə) arasında hiss edir, silah bazarı məsələsində özünə istiqamət verməli və üstünlüyü hansı tərəfə  verməyi bildirməlidir.

Tavuş  qızğın dalğasının nəticəsi İ.Əliev imicinə (və təriflədiyi orduya) güclü zərbə vurdu. “Onu həm Moskva, həm də Ankara qarşısında olduqca həssas etmişdir”-deyərək  Hayk Gabrielyanqeyd edib.

RF-nın  Müdafiə naziri Şoyqu və Türkiyənin Müdafiə naziri İlham Əliyevin Bakıda son qəbuluna toxunan Qabrielyan, Tavuş eskalasiyasından sonra Rusiya və Türkiyənin Azərbaycanla öz addımlarını dəqiqləşdirildiyini vurğulayıb.

“Son illərdə hərbi sənayesini əhəmiyyətli dərəcədə inkişaf etdirən Türkiyənin”qardaş”Azərbaycanın Rusiya və İsraildən daha çox silah alması əl vermir.

Təbii ki, Türkiyə müəyyən maliyyə imkanlarına malik olan Azərbaycanı öz silahlarının yaxşı alıcısı və reklamçısı hesab edərək bu vəziyyəti düzəltməyə çalışır. Düşünürəm ki, Tavuş eskalasiyası zamanı şifahi və praktik dəstəyin (birgə hərbi təlimlər) qarşılığında Türkiyə Azərbaycanı öz silahlarını almağa məcbur edə bilər. Türkiyənin bu cür istəkləri, əlbəttə ki, Türkiyə-Azərbaycan tandeminin türk qaz bazarından çıxardığı Rusiyanı məmnun edə bilməz və indi Rusiya Azərbaycanı silah bazarını itirmək qarşısında dayanıb.

“Mən Şoyqunun Azərbaycana səfərini bütün bunlarla əlaqələndirirəm. Bundan əlavə, səfərdən əvvəl deyə bilərik ki, Rusiya tərəfi qarşıdakı danışıqlardan əvvəl mövqeyini xeyli möhkəmləndirdi” – deyə Hayk Gabrielyanfikrini  yekunlaşdırdı.

Daha çox göstər
Back to top button