BaşlıcaSiyasət

Artsaxdakı sürətli islahatlar prosesini izləməkdən qürur duyuram: Ararat Mirzoyan

Ermənistan Respublikası Parlamentinin sədri Ararat Mirzoyan Artsaxın Müstəqillik Günü münasibətilə Artsax Respublikasının Parlamentinin sədri Artur Tovmasyana təbrik mesajı göndərib.

“Hörmətli cənab Artur Tovmasyan, Ermənistan Respublikası Parlamenti və şəxsən öz adımdan Sizə və bütün Artsax ermənilərinə Artsax Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı göndərirəm.

Şübhəsiz ki, beynəlxalq ictimaiyyətin diqqətindən yayınmayan Artsaxda sürətlə gedən islahatlar və inkişaf prosesini qürurla izləyirəm.

Cənab Tovmasyan, birgə səylərimiz və yorulmaz əməyimiz sayəsində həm daxili, həm də xarici siyasətdə iki erməni dövlətimizin və erməni xalqının birliyi naminə böyük nailiyyətlər qeyd edərək milli məqsəd və proqramlarımızı həyata keçirəcəyik”- deyə Ararat Mirzoyanın təbrik mesajında qeyd olunur.

Daha çox göstər
Back to top button