Arstax Respublikasının xarici işlər naziri Masis Mayilyan avqustun 31-də “Erməni Qaçqınlar Platforması” qrupunun kordinatoru Ara Ğazaryanı qəbul etdi.
Artsax Respublikasının Xarici İşlər Naziriliyinin mətbuat xidmətindən alınan məlumata görə, görüş ərzində Artur Ğazaryan “Eməni qaçqınların platformasının” fəaliyyətinin əsas istiqamətləri və proqramlarını təqdim etdi.
O, bildirdi ki, təşəbbüsün məqsədi erməni qaçqınlarının problemlərinin təqdim edilməsi və müxtəlif platformalarda onların hüquqlarının dəstəklənməsidir.
Masis Mayilyan, xüsusilə Azərbaycandan olan erməni qaçqınlarına beynəlxalq yardımın göstərilməsi, Artsaxın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin beynəlxalq müdafiəsi sahəsində koordinasiyalı səylərə ehtiyac olduğunu vurğuladı. O həmçinin qeyd etdi ki, onların hüquqların qorunması respublikanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Görüşdə “Beynəlxalq İnsan İnkişafı Mərkəzinin” sədri Tevan Poğhosyan da iştirak etdi.