Başlıcaİctimaiyyət

Azərbaycanda indiyədək 36 435 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 3 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Azərbaycanda indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir.

Ölkədə son sutka ərzində 5042, hazırkı dövrədək isə 922069 test aparılıb.

Daha çox göstər
Back to top button