BaşlıcaTəhlil

İntensiv danışıqlar üçün şərtlər lazımdır: Hayrapetyan

ER sülh danışıqlar prosesinə sadıqdır və biz çoxdan qeyd etmişik ki, sülh danışıqlara alternativ yoxdur.

Bunu Lragir.am-ə müsahibədə “Mənim addım” fraksiyasının deputatı Tatevik Hayrapetyan Azərbaycanın Xİ nazirinin Rusiya Xİ naziri ilə görüşdə S. Lavrovun səsləndirdiyi sözlərə münasibət bildirib.

“RF ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi və vasitəçi olaraq əlbəttə ki,  gərginliyin azaltmasını istəyir. Bu bəyanatlar və addımlar məhz bu istiqamətdədir. Bəli, müvafiq qarşılıqlı etimad mühitinin yaradılmasını və beynəlxalq monitorinq mexanizmlərinin cəlb eilməsini sürətləndirmək lazımdır. Aydındır ki, danışıqlar prosesi və səmərəliyi üçün ən böyük təhdid Azərbaycanın təcavüzkar davranışı, təxribatçı addımları, anti-erməni siyasəti və hərbi ritorikasıdır. Danışıqlar prosesi güc təhdidinin istisna edilməsi və Azərbaycanda anti-erməni əhvalları dəyişdirmək niyyəti ilə başlanmalıdır.

Başa düşməliyik ki, intensiv danışıqlar üçün şərtlər lazımdır. Hər şeydən öncə anti-erməni siyasətə son qoyulmalıdır. Hər halda Ermənistan danışıqların davamına hazırdır. Bu barədə ER Baş naziri və Xİ naziri bəyan etdilər. Erməni tərəfi bir çox dəfə qeyd etmişdir ki, danışıqlara alternativ yoxdur”,-deyə Hayrapetyan vurğuladı.

O həmçinin əlavə etdi ki, Azərbaycanın yeni xarici işlər naziri öz ölkəsinin prezidenti, BMT  Təhlükəsizlik Şurasının 5 üzvündən 3 rəhbəri və digər dövlətlərin XİN rəhbərlərinin iştirak və vasitəçilik etdiyi danışıqlar prosesini “imitasiya” hesab edirsə, demək olar ki, Azərbaycan etibarsız və qeyri-ciddi danışıqlar aparan tərəfdir.

Deputat Türkiyə Müdafiə Nazirliyinin bəyanatına gəlincə, qeyd edib ki, Türkiyə birtərəfli olaraq özünü “tərəf” hesab edə bilər, amma bundan heç nə dəyişmir. Türkiyənin aqressiv, qeyri-konstruktiv və qərəzli davranışı bir daha da sübut etdi ki, Türkiyə sülh nizamlanması prosesində heç bir rol oynaya bilməz. Türkiyənin Azərbaycanın avantürist və döyüşkən siyasətinə dəstəyi isə, yeni bir şey deyil.

Daha çox göstər
Back to top button