BaşlıcaSiyasət

MN: Milis dəstələrinə qadınlar da qoşula biləcəklər

ER Müdafiə Nazirliyi yaradılacaq milisə (müqavimət dəstələri) qadınların da qoşula biləcəyini də nəzərdə tutur.

Bu barədə sentyabrın 1-də keçirilmiş mətbuat konfransında Müdafiə nazirinin müavini Gabriel Balayan bəyan edərək qeyd edib ki, qoşulma prosesi könüllü olacaqdır.

“Bu baxımdan heç bir ayrı-seçkiliyə yol verilməyəcək. Artıq 5 ildir ki, hərbi təhsil müəssisələrində leytenant və kapitan olan qızlar var. Milisə də könüllü şəkildə ehtiyatda qeydiyyatda olmayan qadınlar qoşula bilər”,-Balayan qeyd etdi.

Daha çox göstər
Back to top button