BaşlıcaTəhlil

Müharibədə Azərbaycanın məğlub olması Türkiyənin də məğlubiyyətidir: Türkoloq

Türkiyə 1991-ci ildən bəri daima bəyan edib ki, Azərbaycanın yanındadır. Lakin azərbaycanlılar heç bir uğur qeyd etmədilər. Azərbaycan hər dəfə məğlub olursa, bu həmçinin onun yanında olan Türkiyənin də məğlubiyyətidir.

Bunu Lragir.am-ə müsahibədə türkoloq Hakob Çakryan deyib.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağda Azərbaycan vasitəsilə dolayı yolla müharibə aparır.

“Türkiyə daima Azərbaycanın tərəfdaşı olduğunu bəyan edir. Bu bəyanatlar Ərdoğanın apardığı siyasətinin nəticəsidir. O Aİ, ABŞ, Rusiya ilə münasibətlərini kəskinləşdirdi və regionda təcrid olundu. Suriyada, İsraildə, Misirdə səfiri yoxdur. Türklər buna ləyaqətlki təcrid deyirlər.

Artsax məsələsinin həllinə gəlincə də Ankara nə qədər də səsləndirsə, Fransa, ABŞ və Rusiya Türkiyənin bu istiqamətdə addım atmasına icazə verməyəcəklər. Eyni şey Əliyev üçün demək olar. O genişmiqyaslı müharibə istəsə, həmsədr ölkələri buna öz təşəbbüsünə təcavüz kimi baxacaqlar. Yəni, Türkiyənin Artsax məsələsinin nizamlanma prosesinə müdaxilə etmə imkanları məhduddur”,-deyə türkoloq qeyd edib.

Daha çox göstər
Back to top button