Nikol Paşinyan:”Bura bizim vətənimizdir”
ER Baş naziri Nikol Paşinyan həmçinin izləyicilərinə təəssüratlarını bölüşməyi unutmur.
“Sputnik Armeniya”nın verdiyi məlumata görə,ER Baş naziri Nikol Paşinyan qısa ezamiyyətinin ilk gününü Tavuş bölgəsində keçirir.
Facebook-da canlı yayımında Erməni kralı Aşot Yerkatın qalasını Mantaşaberdi göstərib ki, o da İcevandan 7 km uzaqlıqdadır.
Bu an canlı efirdəyəm , çünki , bu səhnənin ləzzətini sizinlə bölüşməyə bilməzdim. Təbii ki, burada bəzi binaların divarları, qalaları, xarabalıqları qorunub saxlanılmışdır, lakin ümumiyyətlə qala bir xarabalıqdır.
Buranı ziyarət etməyinizi mütləq məsləhət görərdim. Bura bizim vətənimizdir. Bura padşahlarımızdan, dövlətçiliyimizdən miras qalan vətəndir”-deyərək Paşinyan qeyd edib.
Baş nazir erməni xalqının tarixini oxumağı, vətəni tanımağı, tanıtmağı və inkişaf etdirməyi tövsiyə etdi.
Xatırladaq ki, ER Baş naziri avqustun 31 – 4-ə kimi 5 gün istirahət etmək niyyətindədir. Ezamiyyətdə olarkən Paşinyanı Baş nazirin müavini Tiqran Avinyan əvəz edir.
Qeyd edək ki, səhiyyə naziri Arsen Torosyan və Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan ezamiyyətdədirlər.