
Mnatsakanyanın sözlərinə görə, Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq mövcud saziş və razılaşmalara əsaslanaraq təhlükəsizlik sahəsində qarşılıqlı maraqlar üzərində qurulur.
“SputnikArmeniya”nın verdiyi məlumata görə, Yerevan və Moskva Moskvanın hərbi-texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib. Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan bu haqda “İnterfaks”a verdiyi müsahibəsində bildirib.
“Ermənistan regional təhlükəsizliyə cavabdehlərdəndir. Hərbi-texniki əməkdaşlığımız heç bir şəkildə üçüncü ölkələrə qarşı yönəlməyib”- deyərək Mnatsakanyan qeyd edib.
Onun sözlərincə Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlığı təhlükəsizlik sahəsində, qarşılıqlı mənafelər üzərində qurulur və fəaliyyətdə olan sazişlər və şərtləşmələr üzərində dayaqlanıb.Qeyd edək ki, Mnatsakanyan deyib ki,erməni-rus hərbi texniki əməkdaşlıq regionda güclərin tarazlığını pozmur.
İki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq müttəfiq xarakter daşıyır, burada heç bir sual və ya məhdudiyyət ola bilməz.
“Ermənistan və Rusiya arasındakı hərbi-texniki əməkdaşlığın özünün iş birliyi məntiqi var və möhkəm müttəfiqlik zəminində qurulur. Azərbaycana gəlincə, qeyd etmək istərdim ki, Azərbaycan hərbi potensialını hər il artırır yol, öz əhalisini və beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək potensialına malik olduğunu inandırmağa çalışır..