ArtsaxBaşlıca

Artsax, ölkənin ictimai və siyasi həyatını təşkil etmək bacarığını sübut edib: Anna Nağdalyan

ER Xarici işlər nazirinin mətbuat katibi Anna Nağdalyan öz brifinqini Artsax Müstəqillik Günü münasibətilə təbriklə başladı.

“Armenpress”-ə əsasən, Nağdalyan qeyd etdi ki, bu illər ərzində Artsax, ölkənin ictimai və siyasi həyatını təşkil etmək, əhalisinin təhlükəsizliyini təmin etmək, habelə beynəlxalq demokratiya və insan hüquqları istiqamətində beynəlxalq öhdəliklər götürmək qabiliyyətini sübut etdi.

“Artsax xalqı, demokratik yolla seçilmiş hakimiyyət orqanlarına öz maraqlarını beynəlxalq aləmdə, ilk növbədə sülh prosesində təmsil etmək üçün müvafiq mandat verib. Artsaxın təhlükəsizlik sisteminin hərtərəfli olmasını təmin etmək, ölkənin normal inkişafı, çiçəklənməsi üçün uyğun daxili və xarici şərtləri təmin etmək üçün mandat verib”- deyə Nağdalyan qeyd edib.

Xarici işlər nazirinin sözçüsü qeyd etdi ki, Ermənistanın Artsaxla müxtəlif səviyyələrdə çox sıx əməkdaşlığı var.

“Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün davamlı addımlar atmağa hazırıq”- deyə Anna Nağdalyan vurğuladı.

Artsax Respublikasının 29 yaşı var. 1991-ci il sentyabrın 2-də xalq deputatlarının Dağlıq Qarabağ və Şahumyan Regional Şuralarının birgə iclasında keçmiş DQMV-Şahumyan bölgəsi sərhədləri daxilində Dağlıq Qarabağ Respublikası (DQR) elan edildi.

Daha çox göstər
Back to top button