Başlıcaİctimaiyyət
Azərbaycanda 143 yeni yoluxma halı aşkarlanıb

Azərbaycanda 143 yeni COVİD-19 yoluxma hadisəsi aşkarlanıb. Bu barədə sentyabrın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Eyni zamanda sutka ərzində 130 nəfər sağalıb, 2 xəstə vəfat edib.
Pandemiya başlayandan Azərbaycanda 36 578 nəfərdə koronavirus infeksiyası təsdiqlənib. Onlardan 33 977-i sağalıb, 536-i vəfat edib, 2 065 aktiv xəstə müalicəsini davam etdirir.
Ümumilikdə 928 666, son sutkada 6 597 test keçirilib.