ArtsaxBaşlıca

Bunu bizim həlak olmuş dostlarımız və xalqımızın qəhrəman övladları yerinə edəcəyik: Arayik Harutyunyan

Artsax Prezidenti Arayik Harutyunyan Artsaxın müstəqilliyi münasibətilə təbrik mesajı yayıb. Mesajda deyilir:

“Əziz həmvətənlilər,

Hamımızı Artsax Respublikası günü münasibətilə təbrik edirəm. Bütün erməni xalqını, Ermənistanı, Artsaxı və Diasporadakı bacılarımızı və qardaşlarımızı təbrik edirəm.

Bu çox əhəmiyyətli və tarixi bayrama biz birgə, millətimizlə, bütün ermənilərin səyləri ilə vətənimizin, atalarımızın xatirsəi və nəsillərin gələcəyinə olan böyük məsuliyyət, cəsarət və qüdrətlə nail olduq. Biz bunu azad, müstəqil və xoşbəxt bir ölkəyə sahib olmaq xəyalı ilə etdik.

Bu gün xalqımızın o xəyalı həyata keçirilmə yolundadır. Əminəm ki, biz bu yolu uğurla keçərik, çünki bizim doğma torpağımızı inşa edirik, təkmilləşdiririk və qoruyuruq və vətəndaşlarımızın ləyaqətli həyatı üçün lazım olan şəraitləri yaradırıq. Biz bunu bizim, bizim həlak olmuş dostlarımız, xalqımızın qəhrəman övladları yerinə edərik. Bu bizim müqəddəs vəzifəmizdir.

Bu şərəfli bayrama nail olan bütün həlak olanlarımıza əbədi izzət və şərəf.

Yaşasın Artsax Respublikası!

Yaşasın erməni xalqı!”

Daha çox göstər
Back to top button