BaşlıcaSiyasət

ER Parlamentinin deputatı: “Danışıqlar prosesinin yenidən başlanması qaçılmazdır”

Ermənistan Respublikasının Parlamentinin deputatı Tatev Hayrapetyan “Sputnik Armenia”-ya müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesinin yenidən başlanma perspektivlərindən, mövcud mərhələsidən və gözlənilən inkişaflarından danışdı.

Tatev Hayrapetyan bildirdi ki, danışıqlar prosesinin yenidən başlanması qaçılmazdır, bu, ilk növbədə rəsmi Bakının maraqlarına uyğundur. Onun sözlərinə görə, danışıqlar prosesinin hazırkı mərhələsindəki mövcud qeyri-müəyyənlik erməni tərəfi ilə əlaqədar deyildir. Ermənistan Respublikasının Baş naziri çıxışlarından birində 7 nöqtə ilə prosesin yenidən başlama perspektivinə toxundu.

“Qeyri-müəyyənlik Bakıda var, bunlar isə son kadr dəyişikliyi ilə əlaqədardir. Aydın deyildir ki, danışıqlarda Azərbaycan tərəfini kim təmsil edəcək. İki tərəflilik həqiqətən suallar doğurur. Bakı danışıqlara maksimalist mövqe ilə və ya başqa yanaşmalarla qayıdacaqmı?”,-deyə deputat bildirdi.

Tatev Hayrapetyan bu kontekstdə həmsdərilərin son bəyanatına toxundu. Həmsədrlər son bəyanatı ilə münaqişə tərəflərini vəziyyəti gərginləşdirən təxribatçı hərəkətlərdən çəkinməyə çağırırlar.

Deputatın sözlərinə görə, qonşu ölkədə gedən prosesləri nəzərə alaraq, geniş miqyaslı eskalasiyaya getməməsi və danışıqlar masasına qayıtması Bakının maraqlarına cavab verir.

Daha çox göstər
Back to top button