Başlıcaİctimaiyyət

Ermənistan Metsamor AES-i öz büdcəsiylə modernləşdirmək niyyətindədir

Ermənistan Respublikası Metsamor AES-i öz büdcəsiylə modernləşdirmək niyyətindədirr.

Bunu İnterfax agentliyinə müsahibədə ER Xİ naziri Zohrab Mnatsakanyan Metsamor AES-in modernləşdirilməsi üçün Moskva və Yerevan arasında kreditin uzadılması barədə aparılan müzakirələr ilə bağlı Rusiyanın ER-dakı səfirinin bəyanatına münasibət bildirirkən deyib.

“AES-i bizim büdcəmizlə modernlədirmək niyyətindəyik. Bu baxımdan yeni kreditlərin imkanlarına məhz bizim öz vasitələrimizlə bu prosesə başlama prizmasından baxılır”,-deyə nazir qeyd etdi.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin mətbuatda erməni tərəfinin Metsamor AES-in istismar müddətinin uzadılması üçün Rusiya kreditindən imtina etməsi barədə məlumatları qeyri-korrekt hesab etmişdi.

Bundan əvvəl Ərazi İdarəetmə və İnfrastrukturlar naziri Suren Papikyan 2019-cu il dövlət büdcə proqramının icrası ilə bağlı parlament dinləmələri zamanı Ermənistanın Metsamor AES-in təmirini öz vəsaiti ilə başa çatdıracağını bildirmişdi. Moskva ilə kredit müqaviləsi 2015-ci ildə imzalanmışdır.

Daha çox göstər
Back to top button