BaşlıcaSiyasət

Ermənistan “Sülh döyüşçüsü” yarışında ikinci yeri tutdu

Erməistan Müdafiə Nazirliyinin İjevan şəhərindəki poliqonunda”Beynəlxalq Ordu Oyunları-2020″ tədbiri çərçivəsində keçirilən “Sülh döyüşçüsü” yarışının nəticələri yekunlaşdırıldı.

Rusiya Federasiyası Cənubi Dairəsinin mətbuat xidmətindən alınan məlumata görə, “Sülh Döyüşçüsü” yarışmasında Ermənistan, Belarus, Yunanıstan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. Hər komanda bir qadın hərbçi daxil olmaqla dörd hərbçidən ibarət idi. Yarış 24-31 avqust tarixlərində keçirilib.

Yarışın bütün turlarının nəticələrinə görə birinci yeri Rusiya komandası, ikinci yeri Ermənistan, üçüncü yeri Belarus komandası, dördüncü yeri Yunanıstan komandası tutdu.

Daha çox göstər
Back to top button