BaşlıcaSiyasət

Fransa və Ermənistan səfirləri Parisdə Komitasın heykəlini ziyarət ediblər

Ermənistanın Fransadakı səfiri Hasmik Tolmajyan və Fransanın Ermənistandakı səfiri Jonatan Lacot Parisdə dünən inkar yazısı ilə təhqir olunmuş Komitas heykəlinin yanında Erməni Soyqırımın qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Bu barədə Ermənistanın Fransadakı səfirliyin “Facebook” səhifəsində yazılıb.

“Bu gün Ermənistanın Fransadakı səfiri Hasmik Tolmajyan, Fransanın Ermənistandakı səfiri Jonatan Lakot, həmçinin Fransalı Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyan Parisdə dünən inkar yazısı ilə təhqir olunan Komitas heykəlində Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər”,- deyə “Facebook” səhifəsində yazılıb.

31 avqustda Ermənistan səfirliyi Parisdə Komitasın heykəlinin təhqir edilməsini kəskin şəkildə pisləyib.

Daha çox göstər
Back to top button