BaşlıcaSiyasət

Tatevik Hayrapetyan: “Türkiyənin Azərbaycanı dəstəkləyən çıxışları məhz Azərbaycanın xahişi ilə olur”

“Bütün bunlar çox emosionaldır və xarici siyasət dəyəri yoxdur”,- deyə Aravot.am-a müsahibəsində ER Parlamentinin deputatı Tatevik Hayrapetyan Türkiyə prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatına toxunaraq qeyd etdi.

Türkiyənin prezidenti R. T. Ərdoğan Ermənistanı Cənubi Qafqazda sülhə maneə olduğunda, Müdafiə Nazirliyi isə atəşkəs rejiminin pozulmasında ittiham etdi. Türkiyənin XİN başçısı da xatırlatdı ki, Türkiyə həmişə qardaş Azərbaycanın yanındadırlar.

“Ümumiyyətlə, Ərdoğanın BMT-dəki kifayət qədər aqressiv çıxışı dediklərimin bariz sübutudur. Türkiyə müxtəlif bölgələrdə daxil olmağa çalışır və eyni şeyi Cənubi Qafqazda da etməyə çalışır”,- deyə Tatevik Hayrapetyan bildirdi.

Onun sözlərinə görə, Azərbaycanı dəstəkləyən bu çıxışlar və çağırışlar məhz Azərbaycanın xahişi ilə olur.

“Azərbaycan ilə Türkiyə dünyaya öz aqresiv və qeyri-konstruktiv mövqeləri ilə tanınırlar. Türkiyənin dünyadakı imicini də nəzərə alaraq hesab edirəm ki, Türkiyənin dəstəyindən Azərbaycanın heç bir real fayda əldə edə bilməz”,- deyə deputat vurğuladı.

Daha çox göstər
Back to top button