İctimaiyyət

Tofiq Yaqublu aclıq elan edib, fəallar məhkəmə qarşısında etiraz aksiyası keçiriblər

Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyev Demokratik Qüvvələrin Milli Şurasının və “Müsavat” Partiyasının üzvü Tofiq Yaqublunun son sözünü bir neçə dəfə kəsdikdən, daha sonra isə onu bu hüquqdan tamamilə məhrum etdikdən sonra Yaqublu aclıq elan edib.

Turan agentliyinə əsasən, Müttəhimin qızı Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublu öz nitqində məhkəməni “ölkənin ali siyasi rəhbərliyi tərəfindən icazə verilmiş saxta cinayət işinin icraçısı” adlandırıb.

“Yaqubluya qarşı bu həyasız saxtakarlığın sifarişçiləri və icraçıları gec, ya tez qanun qarşısında cavab verəcəklər. Tofiq Yaqublunun qəza və ya başqa qanunazidd əməl törətməsinin bir dənə belə videodəlili olsaydı, onu mütləq telekanallarda nümayiş etdirərdilər”, deyə Nigar Həzi bildirib.

O, atasının səhhəti ilə bağlı narahatlığını bildirib, 2019-cu ilin oktyabrında polis bölməsində işgəncələrə məruz qaldıqdan sonra onun artıq əməliyyat olunduğunu xatırladıb.

“Atamın başına nə isə gəlsə, buna görə İlham Əliyev məsuliyyət daşıyacaq”, deyə o bildirib.

Hökm sentbayrın 3-də oxunacaq. Məhkəmənin iclasından sonra bir qrup fəal Yaqublunun azad edilməsi tələbi ilə şüarlar səsləndirərək, yürüş keçiriblər.

Daha çox göstər
Back to top button