BaşlıcaSiyasət

Azərbaycanda müxalifətin daha bir nümayəndəsi azadlıqdan məhrum edildi

Cümə axşamı günü Nizami Rayon Məhkəməsində Müsavat partiyasının üzvü Tofiq Yaqubluya hökm oxunub. O, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Müsavat partiyasının başqanı Arif Hacılı məhkəmənin qapalı keçirildiyini və məhkəmə qarşısına toplaşmağa icazə verilmədiyini deyib.

Dövlət ittihamçısı Tofiq Yaqublunun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Tofiq Yaqubluya “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.

Tofiq Yaqublu ona qarşı açılan cinayət işini qəbul etmir və ona “şər, böhtan” atıldığını deyir. Bunu BBC News Azərbaycancaya onun qızı Nigar Həzi deyib.

Xatırladaq ki, bu il martın 22-də Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Daha çox göstər
Back to top button