BaşlıcaSiyasət

Azərbaycandakı talışları Rusiyaya qarşı danışmağa məcbur etdilər: Rusiyadakı talışlar həyəcan təbili çaldılar

Azərbaycan hakimiyyətinin, talışları Rusiyaya qarşı və türk tərəfdarı xalq kimi təqdim etməyə çalışmasından sonra bir sıra talış milli təşkilatları bəyanat yaydılar, o halda ki, bu xalqın əksər nümayəndələri rusiyapərəstdir və Moskva ilə münasibətlərini pozmaq niyyətində deyil. Məlumatı İnfoteka24 saytı yayıb.

Aşağıda bəyanatın tam mətni təqdim edirik:

“İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində başlayan hərbi qarşıdurmalardan və bu bəhanə ilə birgə hərbi təlimlər keçirmək üçün türk hərbi birləşmələrinin Azərbaycana getməsindən sonra bu respublikada anti-Ruisya təbliğatı görünməmiş miqyas alaraq zirvəsinə çatdı.

Televiziya kanalları da daxil olmaqla, səlahiyyətlilərin nəzarətində olan yerli kütləvi informasiya vasitələri ölkə əhalisi üçün Rusiyaya qarşı davamlı təbliğat aparır. Bunun fonunda, səlahiyyətlilərin dəstəyi ilə Türkiyə səfirliyi qarşısında süni şəkildə mitinqlər təşkil edilir ki, avqustun 10-da təlimlərdən sonra ölkəni tərk etməli olan Türkiyə qoşunları respublikada qalsın.

Azərbaycandan bizə gəlmiş etibarlı məlumata görə, ölkə rəhbərliyi talışları bu cür nümayişlərdə iştirak etmək üçün cəlb etmək cəhdlərindən əl çəkmir. Beləliklə, bir neçə gün əvvəl inzibati resurslardan istifadə edərək səlahiyyətlilər müxtəlif bəhanələrlə Türkiyə səfirliyi qarşısında mitinq edənlərin sırasına talış olan insanları da cəlb edib. Onlar türk qoşunlarının, yəni NATO qoşunlarının Azərbaycanda yerləşdirilməsinə dəstək şüarları səsləndirməli idi. Beləliklə, məqsəd talışları ölkə rəhbərliyinin açıq türkpərəst siyasətini dəstəkləyən xalq kimi təqdim etməkdir.

Öz növbəmizdə, biz – Rusiyadakı talış təşkilatlarının rəhbərləri, yaşadıqları ölkədən asılı olmayaraq, xalqımızın maraqlarını təmsil etmək və qorumaq səlahiyyətində olduqları üçün bütün bölgə üçün təhlükəli olan siyasi avantürada talış xalqından istifadə etmək üçün məkrli və mürəkkəb cəhdlərindən əl çəkməyən təxribatçılara qarşı qətiyyətli etirazımızı bildiririk.

Talışlar özləri ilə əlaqəsi olmayan, səlahiyyətlilər tərəfindən uzun müddət dövlətlərarası səviyyədən millətlərarası səviyyəyə qaldırılmış münaqişədə iştirak etməyə məcbur edilir. Yerli hakimiyyət orqanları daim millətlərarası nifrəti dəstəkləyir və talışları tarixən etnik zəmində problem yaşamadıqları xalqlarla düşmənçiliyə sövq edir.

Talışları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması mövqeyində möhkəm durmağa və Azərbaycanın hazırkı hakimiyyəti tərəfindən qızışdırılan millətlərarası nifrəti dəstəkləməməyə çağırırıq, çünki bu siyasətdən ilk əziyyət çəkənlər öz milli maraqlarına zidd olaraq cəbhənin ön xəttinə göndərilən və anti-Rusiya təbliğatı aparan talışların özləri olacaqdır. Rusiya vətəndaşı olan talış ailələri də bundan əziyyət çəkirlər.

Bununla əlaqədar olaraq biz – talış təşkilatlarının rəhbərləri, Rusiya Federasiyası rəhbərliyindən talışları milli maraqlarına cavab verməyən və onların ölümünə səbəb olan siyasətdən qorumağa, Azərbaycan hakimiyyətinin talış xalqına qarşı təxribatların qarşısını almağa və Rusiya dövlətinin ərazisindəki talış təşkilatlarını Azərbaycan hakimiyyətinin hər cür təzyiqindən qorumaq üçün səy göstərməyi xahiş edirik.

•RF prezidenti yanında Millətlərarası Əlaqələr Şurası Komissiyasının üzvü, “Talış dirçəlişi” regional ictimai təşkilatının sədri – İsmayıl Şabanov;

• Moskva Hökuməti yanında Millətlər Məsələləri üzrə Şuranın üzvü – Cəlal Alışov;

• “Talış” regional ictimai təşkilatının sədri – Adil Nəsirov;

• “Talış MMA Kemerovo vilayəti Kuzbass üzrə” regional ictimai təşkilatının sədri – Müşfiq Abbasov

• “Talış MMA Sverlovsk vilayəti”  regional ictimai təşkilatının sədri – Elşən Həsənov,

• “Talış MMA Tümen şəhərinin” bölgələrarası ictimai təşkilat sədri – Rüstəm Ağayev;

• “Talış MMA Noyabrsk şəhərinin” bölgələrarası ictimai təşkilat sədri – Tağı Əzizov,

• Rusiyanın Talış Ağsaqqalları Şurasının sədri – Mürüvət Qurbanov;

• Talış Xalqının Hüquqlarını Müdafiə Komitəsinin sədri – Zaxirəddin İbrahimi;

• Talış Milli Hərəkatının Məlumat Xidməti Şurasının sədri – Zabil Məhərrəmov”.

Daha çox göstər
Back to top button