Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı artıb

Azərbaycanda koronavirus infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər ölüb.

İndiyədək Azərbaycanda ümumilikdə 36 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib, aktiv xəstə sayı 2 094 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 869, ötən müddət ərzində isə ümumilikdə 942 265 test aparılıb.

Daha çox göstər
Back to top button