Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri payızda Ermənistanda keçiriləcək.
“Sputnik Armeniya”nın verdiyi məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanda keçiriləcək “Tərəfdaşlıq 2020” hərbi manevri çərçivəsində sərhəd münaqişəsinin lokallaşdırılmasını işləyəcək.
KTMT Birgə qərargahının mətbuat xidmətindən verilən məlumata görə, təlim bu ilin payızında keçiriləcəkdir.
“KTMT-nin Birgə operativ reaksiya qüvvələriylə “Tərəfdaşlıq 2020” komanda-qərargah təlimləri Qafqazdakı sərhəd silahlı qarşıdurmasını lokallaşdırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə əməliyyatının hazırlanması və keçirilməsi məsələlərinin işlənib hazırlanmasını nəzərdə tutur”-deyərək mətbuat xidmətində qeyd edilib.
Hərbi təlimin rəhbərliyi ER Silahlı qüvvələrinin ümumi təlim baş İdarəsinin rəhbərinə həvalə olunub.
Bundan əlavə, payızda “Axtarış 2020”kəşfiyyat təlimlərinin keçirilməsi planlaşdırılır ki, bu müddət ərzində Təşkilatın Kollektiv Çevik Qüvvələrinin maraqları naminə axtarışların təşkili və kəşfiyyat orqanları vasitəsi ilə aparılması məsələləri KTMT-yə üzv dövlətlər işlənəcəkdir.
Türkiyə Aralıq dənizində hərbi təlimlər keçirəcək
Hər iki halda da hərbi təlimlərin Ermənistan Müdafiə nazirliyinin “Baqramyan” hərbi məktəbində keçirilməsi planlaşdırılır.