BaşlıcaSiyasət

KTMT təlimləri və Tavuş hadisələri arasında nə əlaqə var?

Hərbi ekspert Karen Veranyan Ermənistanda keçiriləcək olan təlimlərdən danışdır.

Ekspert “Sputnik Armenia”-ya müsahibəsində qeyd etdi ki, KTMT üzv dövlətlərinin hərbi təlimləri davamlı xarakter daşıyır, buna görə də bir neçə hərbi təlim var.

“KTMT təşkilatın dərhal təhlükəsizlik sahəsindəki baş verən proseslərə cavab verməyə çalışır. Yəni, bunlar bir tərəfdən planlaşdırılmış təlimlərdir, digər tərəfdən isə birbaşa və ya dolayısı ilə müdafiə məsələləri ilə əlaqəli olan məsələlər çərçivəsində keçirilir”,-deyə ekspert qeyd etdi.

Karen Vernayan hesab edir ki, keçiriləcək olan hərbi təlimlərlə Tavuşdakı hadisələr arasında birbaşa əlaqə var.

“Bölgəmiz növbəti hərbi təlim dalğası mərhələsindədir. Tavuş hadisələrindən sonra Türkiyə-Azərbaycan hərbi təlimlərini gördük, müəyyən bir eskalasiya, bunun fonunda isə da Ermənistan-Rusiya hava hücumundan müdafiə təlimləri keçirilib. Əslində, bu təlimlər Türkiyə-Azərbaycan hərbi təlimlərinə cavab id”,-deyə ekspert vurğuladı.

Onun sözlərinə görə, sabilliyin kövrək olduğu halda yeni gərginlik yeni risklərə səbəb ola bilər, bu səbəbdən də Ermənistan tərəfi müdafiə və təhlükəsizlik məsələlərini həll etmək üçün addımlar atır, işlərini həmçinin Rusiya tərəfi ilə əlaqələndirməyə çalışır.

“Bu cür təlimlər tərəflərin xaricdən gələn təhdidlərə cavab vermə qabiliyyətini nümayiş etdirir. Ümumiyyətlə, hərbi təlimlər Tavuş hadisələrindən sonra bölgədə hansı düzəlişlərin mövcud olduğunu başa düşmək üçün qüvvələrinin yenidən qiymətləndirmə imkan verir.

Daha çox göstər
Back to top button