BaşlıcaSiyasət

Rusiyadan təxliyyə edilən 33 azərbaycanlının koronavirus testi pozitiv çıxdı

Avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyyə olunan vətəndaşlardan götürülmüş testlər nəticəsində 33 nəfərdə COVİD-19 infeksiyası aşkar olunub. Oxu.az xəbər verir ki, əvvəlki aylarda həyata keçirilən təxliyyələr zamanı testləri pozitiv çıxmış vətəndaşların sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunub. 

Xatırladaq ki, quru sərhədi ilə Azərbaycana qayıtmaq məqsədilə vətəndaşlar Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə gəlir. Rusiya Federasiyasının rəsmi orqanları ilə razılaşdırılmış qaydada və xüsusi plana uyğun olaraq vətəndaşlar Samur sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçidi baş verir. 

Daha çox göstər
Back to top button