BaşlıcaSiyasət

Yunanıstanın Bakıdakı səfiri nəzakətlə Əliyevdən xahiş etdi ki, Ermənistanla münasibətlərə burnunu soxmasın

Sentyabrın 3-də Yunanıstanın yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkos Bakıda İlham Əliyevlə görüşdü.

Səfirlə söhbət zamanı Azərbaycan Prezidenti ölkəsinin Yunanıstan, Ermənistan və Kipr arasında üçtərəfli hərbi əməkdaşlıq formatı ilə bağlı narahatlığını bildirdi. İnfoteka24 saytına əsasən, Yunanıstan səfiri diplomatik cavabında anlatdı ki, Yunanıstanın üçüncü ölkələrlə münasibətləri Azərbaycanı maraqlandırmamalıdır və Əliyevin bu cür mövzulara qarışmaması daha yaxşıdır.

“Yunanıstan-Azərbaycan münasibətlərinin vəziyyəti ilə bağlı qeydləriniz üçün Sizə təşəkkürümü bildirirəm. Sizin dediklərinizi çox diqqətlə dinlədim və dediklərinizi hökumətimizə çatdıracağam. Lakin ötən il hökumət dəyişdi.

Hökumətimizin bütün sektorlarla bağlı məşğul olası çoxlu məsələləri var. Bu hökumətin əhəmiyyətli dərəcədə əhatəsi var. Hesab edirəm ki, Yunanıstanla Azərbaycanı birləşdirən daha çox şeylər var. Məsələn, beynəlxalq hüquqa hörmət. Çünki yaxşı məlumdur, Yunanıstan beynəlxalq hüququ uzun müddətdir ki, qətiyyətlə dəstəkləyir․ Əlbəttə ki, bir neçə il bundan əvvəl əməkdaşlığımız yaxşı inkişaf etmişdir. Lakin yeni hökumət sizinlə əlaqə yaratmaq üçün daha yaxşı yolları tapmaq məqsədilə zəruri olanı edəcəkdir.

Həmçinin qeyd etmək istəyirəm ki, bizim fikrimizcə, sizin ölkəniz və bizim ölkəmiz üçtərəfli və ikitərəfli əməkdaşlıq aparan çox maraqlı ölkələrdir. Sizdə bu təcrübə zəngindir, sizdə hətta üçtərəfli diplomatiyanın nümunəsi var. Bizim də bir çox önəmli ölkələrlə, xüsusilə Şərqi Aralıq dənizi regionunda çox uğurlu üçtərəfli diplomatiyamız var. Biz həmişə beynəlxalq hüquqa tamamilə riayət edərək Azərbaycanla münasibətlərimizə zərər vurmamağa diqqət yetiririk və tərəfinizdən bunun Sizin üçün mümkün olduğu qədər qarşılığını görmək istərdik.

Lakin düşünürəm ki, yeni hökumətimizə Sizin hökumətinizlə münasibətlərimizi yaxşılaşdırmağa imkan tapmaq üçün vaxt verildiyini nəzərə alaraq əməkdaşlığımızın gələcəyi daha yaxşı ola bilər. Hazırda bu qədər söyləyə bilərəm”- deyə səfir qeyd edib.

Təbii ki, “Bakı sultanı” bu cavabı bəyənmədi, bunu Azərbaycan mediasının görüşü seçici şəkildə işıqlandırması sübut edir. Onlar yalnız Əliyevin “qorxunc” nitqini yayıb və Piperiqkosun cavabından bir sitat gətirməyib.

Daha çox göstər
Back to top button