ArtsaxBaşlıcaSiyasət

Artsaxın XİN başçısı: “Azərbaycan əhalini sülhə yox, müharibəyə hazırlaşır”

Erməni tərəfi üçün Dağlıq Qarabağ münaqişəsi sadəcə sülh yolu ilə nizamlana bilər, Azərbacansa əhalini sülhə yox, müharibəyə hazırlaşır.

Bu barədə Artsaxın XİN başçısı “Nationalia” qəzetinə müsahibəsində bildirdi.

“Müstəqillik elan olunduqdan sonra respublikamızın mövqeyi dəyişməz olaraq qalır. Biz həmişə münaqişələrin sülh yolu ilə nizamlanmasını dəstəklədik. Bu mövqe həm ictimai dairələrdə, həm də ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk Qrupu həmsədrləri ilə görüşlərində, həmçinin Xarici İşlər Nazirliyinin ATƏT, BMT, Avropa Şurası və s. kimi beynəlxalq təşkilatlarda yayılmış çoxsaylı açıqlamalarında qeyd olunub”,- deyə Masis Mayilyan vurğuladı.

Artsax Respublikasının xarici işlər naziri qeyd etdi ki, birtərəfli qaydada sülhə nail olmaq mümkün deyildir, Azərbaycanın addımları onu göstərir ki, o ölkə müharibəyə hazırlaşır.

“Azərbaycanın silah arsenalının artırılma tempi və sürəti nəzərə alsaq, aydın olur ki, bu silahları arsenalda saxlamaq üçün yox, onlardan bir gün istifadə etmək niyyəti ilə alınır. Bunun necə həyata keçirildiyini biz 2016-ci ildə və iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində gördük. İki halda da Artsax və Ermənistan müdafiə qüvvələri müvafiq cavab veriblər.

Azərbaycanın bundan sonra belə bir cəhd göstərməyəcəyinə inanmaq üçün heç bir əsas yoxdur. Birtərəfli olaraq sülhə nail oluna bilməz, bütün münaqişə tərəfləri bu istiqamətində çalışmalıdır”,- deyə Masis Mayilyan bildirib.

Münaqişənin nizamlanmasına toxunan nazir eləcə də qeyd etdi ki, həll prosesində Artaxın danışqılar masasına qayıtması çox vacibdir.

“Azərbaycan başa düşməlidir ki, üçtərəfli danışıqları bərpa etmədən və Artsax Respublikasında birbaşa iştirakı olamadan sülh prosesində maddi irəliləyiş gözləmək sadəlövhlükdür. Xatırlatmaq istəyirəm ki, bu gün sülh prosesində yeganə nailiyyət, 1994-cü ilin mayın 12-də imzalanmış atəşkəs haqqında razılaşmasıdır. O vaxt Artsax da danışıqlarda işitirak edirdi.

Və məntiqlidir ki, atəşkəs razılaşması Artsaxın, yəni münaqişənin iki əsas tərəfindən birinin tərəfindən imzalanmışsa, sülh müqaviləsi də Artsax tərəfindən razılaşdırılmalı və imzalanmalıdır. Bunu məhəl qoymamaq dünyanı şüurlu şəkildə inkar etmək deməkdir”,- deyə Masis Mailyan vurğuladı.

ATƏT Minsk qrupunun üzvü olan Türkiyənin bəyanatlarına toxunaraq, Masis Mayilyan qeyd etdi ki, Türkiyə Azərbaycanın hərbi əməliyyatlarını dəstəkləyir.

Daha çox göstər
Back to top button