BaşlıcaSiyasət

Azərbaycan “Qafqaz-2020” hərbi təlimlərində iştirak etməyəcək

Azərbaycan Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində iştirak etməyəcək.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi təlimlərə sadəcə olaraq iki hərbi qulluçunun müşahidəçi qismində göndərilməsi planlaşdırılır.

“Qafqaz-2020” hərbi təlimləri sentyabr ayında, Rusiyanın cənubində keçiriləcək. Daha əvvəl Şanxay Əməkdaşlıq Təşkilatı və KTMT üzvləri daxil olmaqla altı ölkənin hərbi qruplarının cəlb edilməsi planlaşdırılırdı. Lakin avqustun sonunda Hindistan Müdafiə Nazirliyi elan etdi ki, koronavirusla əlaqədar olaraq onların nümayəndələri təlimlərdə iştirək edə bilməyəcəklər.

Daha çox göstər
Back to top button