Danışıqların yenidən başlanması üçün erməni tərəfi çox aydın şekildə bildirib ki, hər hansı bir konstruktiv müzakirə üçün ilk öncə konstruktiv mühit olmalıdır. Bunun üçün isə, etimadı gücəndirən vasitələr, hadisələri araşdıran mexanizmlər lazımdır. Bunu Lragir.am-ə müsahibədə “Mənim addım” fraksiyasının deputatı Mikael Zolyan deyib.
“Digər yandan da bu prosesin istənilən iştirakçısı, münaqişə tərəfi olsa, ATƏT-in Minsk qrupunun həmsədri olsa, daima öz təklifini edə bilər. Yəni, danışıqların yenidən başlanması və davam etdirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Madrid prinsiplərinə gəlincə isə, tərəflərin bu prinsipləri necə başa düşdükləri ilə bağlı bəzi suallar var, əslində bu suallarla bağlı hələ danışılacaqdır, çünki hələ dəqiqləşdirilməyib. Beləcə də, u istiqamətdə istənilən sənəd müzakirə oluna bilər. Lakin nizamlama üçün əsas olan heç bir qəbul edilmiş sənəd mövcud deyil”,-deyə Zolyan qeyd etdi.
Ermənistanda milisin yaradılması ilə bağlı MN təklifinə gəlincə isə, deputat bildirib ki, bu təklifə Ermənistanın öz təhlükəsizliyini təmin edə bilməsi kontekstində baxmaq lazımdır, çünki Azərbaycan və Türkiyə çox ciddi təhdid olaraq qalır.