Başlıcaİctimaiyyət

Azərbaycanda COVİD-19-dan ölənlərin sayı 548-ə çatıb

Sentyabrın 6-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı 2 076 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, ötən müddət ərzində isə ümumilikdə 963 104 test aparılıb.

Daha çox göstər
Back to top button