
ER Silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan rusiyalı həmkarı Valeri Gerasimovla görüşündə Yerevana Moskva ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğuladı.
“SputnikArmeniya”-nın verdiyi məlumata görə,Ermənistan və Rusiya Silahlı qüvvələrinin Baş Qərargah rəisləri Onik Qasparyan və Valeri Gerasimov Rusiyadakı görüş zamanı hərbi əməkdaşlıqla bağlı məsələləri müzakirə etdilər. Bu haqda RF Müdafiə nazirliyi məlumatlandırıb.
Görüşdə Gerasimov Ermənistanla Rusiya arasındakı hərbi əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq strukturlar və ilk növbədə KTMT çərçivəsində inkişaf etdiyini bildirdi.
O, iyunun 24-də Moskvada keçirilən Zəfər paradında ER Silahlı qüvvələrinin iştirakına görə Gasparyana təşəkkür etdi.Gerasimov erməni hərbiçilərinin yüksək məsuliyyət səviyyəsini yüksək dəyərləndirib.
“Silahlı qüvvələrin Baş qərargah rəisi,” Ermənilərin Beynəlxalq Ordu Oyunları yarışlarında iştirakı yaxşı bir ənənə halına gəldi. Və bu il erməni komandaları olduqca yaxşı çıxış etdilər” –deyərək RF SQ Baş qərargah rəisi qeyd edib.
Gasparyan, öz növbəsində, həmkarına Ermənistanda koronavirusun nəticələrini aradan qaldırılması məsələsində rus hərbçilərinin köməyinə görə təşəkkür etdi.
“Ermənistana gələn Rusiya Silahlı qüvvələrinin mütəxəssis qrupu, təxminən 5 ay ərzində koronavirusun qarşısının alınması üçün çox iş gördü, buna görə minnətdarıq”- deyərək Gasparyan qeyd edib.
O, əlavə edib ki,Rusiya Ermənistanın strateji və Moskvada Ermənistan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir”-deyərək Gasparyan qeyd edib.