
Fransanın Azərbaycandakı səfirliyi müxalifətçi siyasətçi Tofiq Yaqublunun 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib.
Turan agentliyinə əsasən, press-relizdə qeyd olunur ki, Fransa hökuməti Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinə üzvlüyü çərçivəsində beynəlxalq öhdəliklərə tam əməl etməyə çağırır.
Xatırladaq ki, daha öncə ABŞ və Böyük Britaniyanın səfirlikləri və AŞPA-nın xüsusi məruzəçi Yaqublunun həbs müddəti ilə bağlı narahatlıqlarını bildirib.