BaşlıcaSiyasət

Rusiya hərbi pilotları Ermənistanın səmasında hava döyüşləri həyata keçirib

Yerevanda “Erebuni” rus aviyasiya hərbi bazasının operativ-taktiki aviyasiyasının pilotları ER MN Su-25 və Su-30SM heyətiylə birlikdə təyyarələrin qərbi hava limanına şərti köçürülməsi həyata keçirib. Məlumat CHO mətbuat xidmətindən verilib.

“MiG-29 qırıcılarının pilotları Alagyaz təlimxanasında şərti rəqibin hərbi texnikasının quru hədəflərinin məhv edilməsi məqsədilə 250metrdən 1.5km yüksəklikdə 900km/saata qədər xüsusi uçuş tapşırıqları keçirib. Ermənistan səmasında hava döyüşlərindən sonra pilotlar Gümrü hava limanına enib”- deyə mesajda qeyd edilir.

İkitərəfli uçuş taktiki hərbi təlimlər Rusiya hərbi bazasının motoatıcı bölmələri və ER Müdafiə Nazirliyi tərəfindən birgə həyata keçirilir.

Cənubi hərbi okruqunun mətbuat xidmətindən bildirilir ki, ikitərəfli uçuş mühəndis-texniki  təlimlərində iki ölkənin uçuş və mühəndis-texniki heyətinin 500-ə yaxın hərbçisi, CHO 20 MiG-29, eləcə də ER MN SU-25 və Su-30SM daxil olmaqla 50-dən çox hərbi texnika iştirak edib.

Daha çox göstər
Back to top button