ArtsaxBaşlıca

Artsaxda giriş və çıxış məhdudiyyətləri ləğv olunur

Artsax Respublikasında giriş və çıxış  məhdudiyyətləri ləğv olunur. Artsax İnformasiya qərargahından bildirilir ki, müvafiq qərarı AR koandanti, Ərazi İdarəetmə və İnkişaf naziri Jirayr Mirzoyan imzalayıb.

Bundan sonra ölkədən çıxmaq üçün komendant icazəsi lazım deyil və ölkəyə giriş üçün məcburi şərt olan PCR testinin tələbi aradan qaldırılır. Bununla birlikdə, sərhəd-keçid məntəqələrində növbətçi tibb işçiləri hər bir vətəndaşın temperaturunu ölçəcək.

“Giriş və çıxış məhdudiyyətlərinin götürülməsinin səbəbi son zamanlar Ermənistan Respublikasında qeydə alınan koronavirus xəstəliyinin kəskin azalması və nəticədə risklərin azalmasıdır. Giriş və çıxış məhdudiyyətlərinin qaldırılması ilə eyni vaxtda ölkədə epidemiyaya qarşı qaydalara riayət olunması istiqamətində aparılan işlər daha da gücləndiriləcək”-deyə Artsax Respublikasının Ərazi İdarəetmə və İnkişaf naziri Jirayr Mirzoyan.

Azərbaycan polisi Artsax sakinlərini və qonaqlarını son dərəcə ayıq olmağa, epidemiyanın dayandırılması üçün müəyyən edilmiş qaydalara ciddi əməl etməyə çağırıb.

Daha çox göstər
Back to top button