ArtsaxBaşlıcaSiyasət

Artsax XİN başçısının “Nationalia” İnformasiya Agnetliyinə müsahibəsi

Artsax Respublikasının xarici işlər naziri Masis Mayilyan Baresolandakı “Nationalia” İnformasiya Agentliyinə müsahibə verib. Müsahibədə o bir çox məsələlərə toxundu.

Masis Mayilyan qeyd etdi ki, Artsaxın Xarici İşlər Nazirliyi və Artsax Hökuməti həqiqəti dünyaya çatdırmaq üçün hər şeyi edir.

“Müstəqillik elan edildikdən sonra respublikamızın mövqeyi dəyişməyib. Biz sülh istədiyimizi gizlətmirik, lakin biz Latın filosofunun “Si vis pacem, para bellum” dediyini da başa düşürük – Sülh istəyirsinizsə, müharibəyə hazır olun” ,- deyə Masis Mayilyan qeyd etdi.

Artsaxın Xarici işlər nazirinin fikrincə, birtərəfli olaraq sülhə nail olmaq mümkün deyildir, bu istiqamətində bütün münaqişə tərəfləri işləməlidir. O qeyd etdi ki, Azərbaycanda da sülhə hazır olmalıdır.

“Təəssüf ki, illərdir Azərbaycanda anti-erməni əhval-ruhiyyəsi dövlət siyasətinin bir hissəsinə çevrildi və Azərbaycan əhalisini sülh əvəzinə müharibəyə hazırladı. Bu gün biz reallıq ilə üzləşirik. Beynəlxalq ictimaiyyətin üzləşdiyi reallıq budur. Ölkənin tanınmasından asılı olmayaraq, əvvəlcə insanlar haqqında düşünməliyik. Biz yalnız xalqımızın təhlükəsizliyini təmin etmək üçün deyil, eyni zamanda bölgədə sülh və sabitliyin təşviqində konstruktiv rol oynamaq üçün üzərimizə düşəni edirik.”,- deyə XİN başçısı bildirdi.

Azərbaycanla ikitərəfli razılaşmaların imalanma pespektivlərinə toxunan naziri qeyd etdi ki, Azərbaycan başa düşməlidir ki, Artsaxın iştirakı olamadan,üçütərəfli formatın bərpa olunmadan danışıqlar prosesində sülh prosesində hər hansı bir maddi irəliləyiş gözləmək sadəlövhlükdür.

“Azərbaycan da sülh naminə çalışmalıdır. Güc təhdidi istista etmədən və sülh danışıqlarının bərpası üçün konstruktiv bir mühit olmadan vəziyyət düzəlməyəcək”,- deyə Masis Mayilyan bildirdi.

O vurğuladı ki, Azərbaycan və müvafiq beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atmalıdır və Azərbaycan əhalini müharibənin yox, sülhün faydaları barədə məlumatlandırmalıdır

Daha çox göstər
Back to top button