BaşlıcaSiyasət

Daha dörd qırıcı: Ermənstan-Rusiya əməkdaşlığın yeni səviyyəsi

Ermənistan Su-30SM çoxfunksiyalı qırıcılarının yeni partiyasını almaq üçün Rusiya ilə danışıqlar aparır.

Bu barədə Ermənistanın müdafiə naziri Davit Tonoyan bildirdi.

Hərbi ekspert Leonid Nersisyan “1.am”-a müsahibəsində qeyd etdi ki, dəfələrlə elan olunduğu kimi, 12 adəd SU-30SM çoxfunskiyalı qırıcı almaq və qırıcı aviyası yaratmaq üçün bir eskadron quraraq planlaşdırılır.

“Hesab edirəm ki, söhbət daha dörd qırıcı müqaviləsindən gedir. Təchizat haqqında danışsaq, düşünürəm ki, bu, müqaviləni imzaladıqdan təxminən bir il-bir il yarım sonra baş tutacaq, çünki bunları zavodda istehsal etmək üçün ən azı bir il tələb olunacaq,- deyə hərbi ekspert bildirdi. O, qeydetdi ki, SU-25 qırıcıların modernləşdirilməsi da çox vacibdir. Bu barədə artıq müqavilə imzalanıb. Modernləşmə və təmirdən sonra SU-25-lər, xüsusən qırıcılarla birlikdə çox müasir və güclü bir hərbi növə çevrilirlər.

Daha çox göstər
Back to top button