BaşlıcaSiyasət

ER Silahlı qüvvələrinin komanda və qərargah təlimi prosesi yüksək qiymətləndirildi

Hərbi qulluqçuların peşə biliklərini və praktiki vərdişlərini inkişaf etdirmək məqsədi ilə sentyabrın 7-də 1-ci hərbi hissənin Hava Müdafiə Komandanlığının şəxsi heyəti ilə kompleks təlimlər keçirilmişdir.

Şəxsi heyətin hazırlıq səviyyəsi, hədəfləri göstərmə, bölüşdürmə və şərti düşmən hədəflərini  məhv etmək  qabiliyyəti yoxlanıldı.

ER Müdafiə nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi “Armenpress”-ə bildirib ki, sentyabrın 5-də 2-ci hərbi hissədəki komandanlıq hərbi təlimləri çərçivəsində xəritədə oriyentasiya işləri aparılıb.

Hərbi hissənin komandiri, polkovnik A.Harutyunyan yuxarı komandanlıqdan alınan döyüş tapşırıqlarına dair qərarları təqdim etdi və müvafiq təlimat verdi.

ER Silahlı qüvvələri Baş Qərargah rəisinin köməkçisi general-mayor K. Muradyan hərbi təlimin gedişatını və komanda heyətinin hazırlığını yüksək qiymətləndirdi.

Senyabrın 5-də 5-ci hərbi hissənin N hərbi hissəsində döyüş növbətçiliyinin dəyişdirilməsi həyata keçirildi.

Bölmə komandirləri növbədə iştirak edən şəxsi heyətin silahlanmasını, təchizatını və hazırlıq səviyyəsini yoxladı. Hərbçilərə təhlükəsizlik qaydalarına riayət etmək tapşırığı verilmiş, xidmətin təşkili üçün təlimatlar verilmiş, mövqe kapitanlarının döyüş sənədlərinin mövcudluğu yoxlanılmışdır.

Daha çox göstər
Back to top button