BaşlıcaSiyasət

Rəqib niyə cəbhə bölgəsində hərbi hazırlıq işləri aparır?

“BBC News Azərbaycanca” xəbər verib ki, son günlər Azərbaycanın cəbhəyanı və sərhəd bölgəsində olan kəndlərində döyüş hazırlığına bənzər hərəkətlər müşahidə olunur, bu barədə həmin ərazilərdə yaşayanlar danışır.

Yerli sakinlər “BBC News Azərbaycanca”ya bildirib ki, iyulda baş verən Tovuz döyüşlərindən bəri sərhəd və cəbhə kəndlərində əvvəlki illərə xas olmayan hərbi hərəkətlilik var.

Politoloq Robert Ğevondyanın fikrincə Azərbaycan Silahlı Qüvvələrin öz ərazisində hazırlıq işlərin aparılması yenilikdirş

“Ermənistanın müxtəlif nazirliklərinin başçılarının bəyan etdiyi kimi, müharibə olduğunda hərbi əməliyyatlar onların ərazisində olacaq. Görünür ki, Azərbaycan da bunu başa düşür və öz ərazilərində müdafiə tədbirləri almağa çalışırlar”.- deyə “1.am”-a müsahibəsində politoloq bildirib.

Digər tərəfdən də Azərbaycan bəyan edir ki, müharibəyə hazırlaşır və əmrini bir əmr gözləyir. Ğevondyanın sözlərinə görə, bu yeni bir şey deyil.

“Azərbaycanın açıqlamaları həmişə eynidir və sülhə hazırlaşmağı düşünməyiblər və heç düşünməyəcəklər”,- deyə ekspert bildirdi.

Ekspert hesab edir ki, hazırda müharibə imkanı çox azdır.

Hərbi hazırlıq işlərinin Dağlıq Qarabağ-Azərbaycan təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədind parıldırığna dair sualını cavablandıraraq, Robert Ğevondyan qeyd etdi ki, Azərbaycan Ermənistanı və Artsaxı ayırmır.

“Ümumiyyətlə, Azərbaycan hesab edir ki, münaqişə Qarabağ-Azərbaycan deyil, Ermənistan-Azərbaycan münaqişəsidir. Ona görə də, əgər müharibə olursa, bu, yalnız Artsaxın sərhədləri ilə məhdudlaşmayacaqdır”,- deyə o vurğuladı.

Daha çox göstər
Back to top button